SpaceX və xAI Birləşdi: 1.25 Trilyon Dollarlıq Yeni Texnologiya Nəhəngi

UX/UI
6-7 dəq. oxuma vaxtı
Paylaş:
     SpaceX Elon Maskın süni intellekt startapı olan xAI şirkətini satın aldığını elan edib. Bu razılaşma nəticəsində dünyanın ən dəyərli özəl şirkəti yaradılıb.
     SpaceX-in baş direktoru olan Elon Mask şirkətin rəsmi saytında yayımladığı açıqlamada bildirib ki, birləşmənin əsas məqsədi kosmos əsaslı məlumat mərkəzləri yaratmaqdır. Onun sözlərinə görə, hazırda süni intellekt sahəsindəki inkişaf böyük yerüstü data mərkəzlərindən asılıdır və bu mərkəzlər çox böyük enerji və soyutma tələb edir. Qlobal miqyasda süni intellekt üçün tələb olunan elektrik enerjisini yalnız yerüstü həllərlə qarşılamaq yaxın gələcəkdə həm cəmiyyətə, həm də ətraf mühitə mənfi təsir göstərə bilər.

     Bloomberg-in məlumatına görə, birləşmiş şirkətin dəyəri 1.25 trilyon dollar olaraq qiymətləndirilir. SpaceX-in bu ilin iyun ayından etibarən IPO-ya hazırlaşdığı bildirilir, lakin birləşmənin bu plana necə təsir edəcəyi hələ məlum deyil.

     Birləşmə Maskın iki böyük şirkətini bir araya gətirir. Bloomberg-ə görə, xAI hazırda aylıq təxminən 1 milyard dollar xərcləyir. SpaceX isə gəlirinin təxminən 80%-ni özünün Starlink peyklərinin buraxılışından əldə edir. Ötən il xAI Maskın sahib olduğu X sosial media platformasını da satın almışdı.

     Mask qeyd edib ki, kosmos əsaslı məlumat mərkəzlərini qurmaq üçün çoxlu sayda peyk lazımdır. Bu isə SpaceX üçün uzunmüddətli və davamlı gəlir axını deməkdir. Üstəlik, ABŞ Federal Rabitə Komissiyasının qaydalarına əsasən peyklər hər beş ildən bir orbitdən çıxarılmalıdır ki, bu da davamlı yeni peyk buraxılışlarını zəruri edir.
Dərc edildi: 04.02.2026

Sənin üçün seçdiklərimiz

MWC 2026: Yeni Nəsil Smartfonlar və Texnoloji Yeniliklər
3-4
28.02.2026

MWC 2026: Yeni Nəsil Smartfonlar və Texnoloji Yeniliklər

      Nadir hallar istisna olmaqla, bu günlərdə telefonlar olduqca darıxdırıcı görünür. Yaxşı xəbər isə budur ki, h...

Humanoid robotlar nə vaxt həyatımıza daxil olacaq?
3-4
26.02.2026

Humanoid robotlar nə vaxt həyatımıza daxil olacaq?

Humanoid robotların inkişaf mərhələsi açıqlanıbHumanoid robotların inkişaf mərhələsi açıqlanıb     İnsanabənzər rob...

DJI ABŞ-da FCC-nin idxal qadağasına qarşı məhkəməyə müraciət etdi
6-7 dəq. oxuma vaxtı
25.02.2026

DJI ABŞ-da FCC-nin idxal qadağasına qarşı məhkəməyə müraciət etdi

     DJI, Şençjen (Çin) mərkəzli şirkət, 9-cu dairə ABŞ Apellyasiya Məhkəməsinə şikayət təqdim edərək FCC-nin qərar...

Artemis II missiyası helium problemi səbəbilə təxirə salındı
3-4
23.02.2026

Artemis II missiyası helium problemi səbəbilə təxirə salındı

     NASA rəsmiləri gələn ay Artemis II missiyasını Ay ətrafına buraxmağa hazır ola biləcəklərinə dair nikbin açıql...

Ödənişsiz sınaq dərsinə qoşul!

Formu doldur, biz səninlə əlaqə saxlayaq və dərs üçün uyğun vaxtı təyin edək. Bu fürsəti qaçırma, təhsilə ilk addımını at!

+994