Azərbaycanda məhkəməyədək icraat rəqəmsallaşdırılır

UX/UI
3-4
Paylaş:
     Azərbaycanda məhkəməyədək icraatın elektron qaydada aparılması nəzərdə tutulur. Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.

     Layihəyə əsasən, məhkəməyədək icraat cinayət təqibi orqanlarının informasiya sistemləri üzərindən həyata keçiriləcək. Prosessual sənədlər və digər məlumatlar elektron formada hazırlanacaq və mübadilə olunacaq.

     Eyni zamanda, istintaq prosesinin iştirakçıları üçün xüsusi elektron kabinet yaradılacaq. Bu kabinet vasitəsilə işin gedişi, qəbul edilən qərarlar, icra vəziyyəti, şikayət və protestlər barədə məlumat almaq, sənədləri göndərmək və qəbul etmək mümkün olacaq.

     Əgər proses elektron qaydada aparılarsa və iştirakçılar sistemdə qeydiyyatdan keçmiş olarsa, prosessual sənədlər onların elektron kabinetinə yerləşdiriləcək. Bu barədə vətəndaşlara SMS və ya e-poçt vasitəsilə bildiriş göndəriləcək. Sənəd elektron kabinetə yerləşdirildiyi və bildiriş təqdim edildiyi andan rəsmi təqdim olunmuş hesab ediləcək.

Dərc edildi: 03.02.2026

Sənin üçün seçdiklərimiz

MWC 2026: Yeni Nəsil Smartfonlar və Texnoloji Yeniliklər
3-4
28.02.2026

MWC 2026: Yeni Nəsil Smartfonlar və Texnoloji Yeniliklər

      Nadir hallar istisna olmaqla, bu günlərdə telefonlar olduqca darıxdırıcı görünür. Yaxşı xəbər isə budur ki, h...

Humanoid robotlar nə vaxt həyatımıza daxil olacaq?
3-4
26.02.2026

Humanoid robotlar nə vaxt həyatımıza daxil olacaq?

Humanoid robotların inkişaf mərhələsi açıqlanıbHumanoid robotların inkişaf mərhələsi açıqlanıb     İnsanabənzər rob...

DJI ABŞ-da FCC-nin idxal qadağasına qarşı məhkəməyə müraciət etdi
6-7 dəq. oxuma vaxtı
25.02.2026

DJI ABŞ-da FCC-nin idxal qadağasına qarşı məhkəməyə müraciət etdi

     DJI, Şençjen (Çin) mərkəzli şirkət, 9-cu dairə ABŞ Apellyasiya Məhkəməsinə şikayət təqdim edərək FCC-nin qərar...

Artemis II missiyası helium problemi səbəbilə təxirə salındı
3-4
23.02.2026

Artemis II missiyası helium problemi səbəbilə təxirə salındı

     NASA rəsmiləri gələn ay Artemis II missiyasını Ay ətrafına buraxmağa hazır ola biləcəklərinə dair nikbin açıql...

Ödənişsiz sınaq dərsinə qoşul!

Formu doldur, biz səninlə əlaqə saxlayaq və dərs üçün uyğun vaxtı təyin edək. Bu fürsəti qaçırma, təhsilə ilk addımını at!

+994