Xanimlar üçün Rəqəmsal Gələcək Təqaüd Proqramı

Image
İnformasiya texnologiyaları sahəsində qadınların iştirakını artırmaq və onların peşəkar inkişafına dəstək olmaq məqsədilə elan etdiyimiz “Rəqəmsal Gələcək” Xanımlar üçün Təqaüd Proqramına qeydiyyat mərhələsi uğurla başa çatıb.

Proqrama ümumilikdə 84 xanım müraciət edib. Seçim komissiyası tərəfindən aparılan çoxmərhələli qiymətləndirmə nəticəsində 11 istedadlı və motivasiyalı namizəd təqaüd qazanaraq təlimlərə qəbul olunub.

Təlimlərin gedişi

Proqram çərçivəsində iştirakçılar rəqəmsal bacarıqların əsas istiqamətləri üzrə tədris alırlar. Artıq tədrisin ilk mərhələsi uğurla başlayıb və iki əsas modul üzrə dərslər həyata keçirilib:
1. IT Essentials – kompüter sistemləri, əməliyyat sistemləri, şəbəkə əsasları və informasiya texnologiyalarının təməl anlayışları.
2. Veb Proqramlaşdırma Əsasları – HTML, CSS, JavaScript kimi fundamental texnologiyalar və veb inkişaf prosesinə giriş.

İştirakçılar hər iki modul üzrə həm nəzəri, həm də praktiki biliklər əldə edərək gələcəkdə daha ixtisaslaşmış istiqamətlərə keçid üçün möhkəm baza formalaşdırıblar.

Məqsədimiz

Bu proqramla ölkəmizdə rəqəmsal sahədə çalışan qadın mütəxəssislərin sayını artırmaq, onların karyera imkanlarını genişləndirmək və sektorda gender balansının güclənməsinə töhfə vermək hədəflənir.

Ödənişsiz sınaq dərsinə qoşul!

Formu doldur, biz səninlə əlaqə saxlayaq və dərs üçün uyğun vaxtı təyin edək. Bu fürsəti qaçırma, təhsilə ilk addımını at!

+994