Akademiya haqqında

Seed Academy

Birkod Academy — texnologiyanı gələcəyin dili kimi görən, uşaqları və gəncləri bu dilin yaradıcısı olaraq yetişdirmək missiyası ilə qurulan bir təhsil mərkəzidir.

Biz bir sadə inancla yola çıxdıq: Azərbaycanda hər uşaq texnologiyanı yalnız istifadə etmək üçün deyil, yaratmaq üçün öyrənə bilər. Robot quran, kod yazan, problem həll edən nəsil yetirlşdirmək — bu, bizim əsas məqsədimizdir.

Akademiyamızda Robototexnika, Arduino, Python Proqramlaşdırma, iOS Mobil Proqramlaşdırma, Veb Proqramlaşdırma, Qrafik Dizayn, Süni İntellektin Əsasları və Kiber Təhlükəsizlik üzrə praktiki tədris proqramları həyata keçirilir. Hər kurs nəzəri bilikdən əlavə, real layihələr üzərindən qurulmuşdur — çünki öyrənmənin ən güclü yolu — tətbiq etməkdir.

Peşəkar müəllim heyətimiz, mentor dəstəyi sistemimiz və müasir tədris mühitimiz sayəsində hər tələbə özünə uyğun sürətlə irəliləyir. Kursu bitirən hər iştirakçı layiqli dərəcə ilə sertifikat alır — bu, yalnız bir kağız deyil, göstərdiyin əzmkarlığın rəsmi təsdiqidir.

Sosial məsuliyyəti də missiyamızın bir hissəsi sayırıq. İmkanı məhdud olan gənclər üçün təqaüd proqramları, xanımların rəqəmsal sahəyə inteqrasiyası üçün sosial layihələr və şirkətlər üçün korporativ tədris proqramlarımız mövcuddur.

Çünki texnologiya — yalnız seçilmişlər üçün deyil.

Birkod Academy-də hər şey kiçik bir addımla başlayır. O addımı sən at — qalanını biz edərik.

Bizi tövsiyə edənlər

Mübariz Quliyev
Mübariz Quliyev
Biznes Konsultant

Seed Academy innovativ yanaşması və praktik yönümlü təlim modeli ilə təhsil sahəsində fərqlənir. Burada təqdim olunan kurslar iştirakçıların real karyera yolunda daha inamla irəliləməsinə imkan yaradır.

Sənin hekayən də bir kodla başlasın

Formu doldur, biz səninlə əlaqə saxlayaq və dərs üçün uyğun vaxtı təyin edək. Bu fürsəti qaçırma, təhsilə ilk addımını at!

+994